Qvardiola məğlubiyyətdən sonra Xusanovun çıxışını belə dəyərləndirdi

09.03.2025

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İngiltərə Premyer Liqasının 28-ci turunda səfərdə "Nottingem Forest"ə uduzan "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola matın ardından komandasının özbəkistanlı mərkəz müdafiəçisi Abdukodir Xusanovun performansı ilə bağlı fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, ispaniyalı mütəxəssis "TNT Sports"a açıqlamasında belə danışıb:

"Xusa çox yaxşı oynadı. Bizim hazırda həmin mövqe üçün ondan və Rubendən (Diaş) başqa futbolçumuz yoxdur. Bu gün onlar meydandaydılar və biz keyfiyyətli futbol sərgilədik".

Xatırladaq ki, start "11-lik"də yer alan Xusanov sonadək mübarizə aparıb. 

Bu qış keçdiyi "şəhərlilər"in forması ilə bütün turnirlərdə 7 matça çıxan Xusanov 1 qolla yadda qalıb. Onun MS ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub.

Nihat

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью