Qvardiola Neymarı “Barselona”dan əvvəl “Bavariya”ya aparmaq istəyib

25.11.2026

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

“Barselona”, “Bavariya” və “Mançester Siti”nin sabiq baş məşqçisi Pep Qvardiola braziliyalı hücumçu Neymarla çalışmaq istədiyini etiraf edib.

İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssis “Romário TV”yə müsahibəsində Neymarı vaxtilə Münhen klubuna transfer etməyə çalışdığını açıqlayıb.

“Neymarı çalışdırmaq istərdim. “Barselona”dan “Bavariya”ya keçdiyim vaxt UEFA-nın bir tədbiri keçirilirdi. Neymarın “Barselona”ya keçəcəyi barədə şayiələr dolaşırdı, amma transferin hələ tam rəsmiləşmədiyi deyilirdi.

Onunla eyni otaqda əyləşmişdik. Neymarı “Bavariya”ya keçməyə razı salmağa çalışırdım. Futbol haqqında bir qədər söhbət etdik, lakin sonda o, “Barselona”ya keçmək qərarına gəldi”, - deyə Qvardiola bildirib.

Qeyd edək ki, hazırda Neymar Braziliyanın “Santos” klubunda çıxış edir.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью