Icma.az, Qol.az portalına istinadən məlumat verir. "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola klubla müqaviləsini uzatmasının səbəbini
QOL.az xəbər verir ki, "şəhərlilər" ötən gecə 53 yaşlı mütəxəssislə 2027-ci ilin yayına qədər müqavilə imzaladıqları haqqında məlumat yayıbl
Qvardiola isə "Mançester Siti"ni tərk etməməsinin səbəbini belə izah edib: “Niyə qaldım? Mən klubdan indi ayrıla bilməyəcəyimi hiss etdim.
Çox sadədir. Səbəbini soruşmayın. Ola bilsin ki, ardıcıl 4 məğlubiyyət mənim komandadan ayrıla bilməyəcəyimi hiss etməyimə səbəb olub”.
Qeyd edək ki, Qvardiola 2016-cı ildə İngiltərə klubunun baş məşqçisi vəzifəsinə təyin olunub.
Onun rəhbərliyi altında "şəhərlilər" 6 dəfə İngiltərə çempionu, 1 dəfə Çempionlar Liqasının qalibi olublar.
"Mançester Siti" Premyer Liqanın cari mövsümünün 11 turundan sonra 23 xal toplayıb və hazırda 2-ci yerdədir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.