Qvardiola Olişeni transfer etmək istəyir

05.03.2025

Icma.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.

"Bavariya"nın vingeri Mixael Olişe İngiltərə Premyer Liqasına qayıda bilər.

23 yaşlı futbolçu ilə "Mançester Siti" maraqlanır.

"Operativ Məlumat Mərkəzi-OMM" “Tribuna”ya istinadən xəbər verir ki, İngiltərə klubunun baş məşqçisi Xosep Qvardiola fransalı futbolçunun transfer olunmasını şəxsən istəyir.

İspaniyalı baş məşqçi münxenli ulduzu yay transfer pəncərəsində əsas hədəflərindən biri hesab edir.

Mixael Olişe keçən il 53 milyon avroya Londonun Kristal Palas klubundan "Bavariya"ya keçib.

Cinah oyunçusu Vinsent Kompaninin komandasında 36 matçda 13 qol vurub, 12 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью