Qvardiola otağından çıxmır, zənglərə cavab vermir

05.12.2024

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ardıcıl 7 oyunda qələbə qazana bilməyən "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola depressiyaya düşüb.

News24.az Fanat.Az-a istinadla xəbər verir ki, bu iddia "The Athletic"ə məxsusdur.

Mənbə ispaniyalı mütəxəssisin özünə qapandığını və telefon zənglərinə cavab vermədiyini bildirib. Xəbərə görə, karyerasında ilk belə uğursuzluqla üzləşən 53 yaşlı mütəxəssis klubun bazasındakı otağına çəkilib və heç kimlə danışmaq istəmir.

Qeyd edək ki, hazırda 23 xalı olan "Mançester Siti" İgiltərə Premyer Liqasının turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью