Qvardiola özünə qapanıb, telefon zənglərinə cavab vermir

04.12.2024

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Pep Qvardiola özünə qapanıb, telefon zənglərinə cavab vermir.

Bakıvaxtı.az "The Athletic"ə istinadən xəbər verir ki, buna səbəb "şəhərlilər"in ardıcıl 7 oyunda qələbə qazana bilməməsidir.

Bu, ispaniyalı mütəxəssisin karyerasında ilk belə uğursuz haldır. 53 yaşlı mütəxəssis klubun bazasındakı otağına çəkilib və heç kimlə danışmaq istəmir.

Qeyd edək ki, son çempion "Mançester Siti" Premyer Liqada 23 xalla 5-ci sırada qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью