Icma.az bildirir, Sia Az saytına əsaslanaraq. “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola özünə xəsarət yetirib.
SİA xəbər verir ki, UEFA Çempionlar Liqasının 5-ci turu çərçivəsində keçirilən “Mançester Siti” – “Feyenoord” qarşılaşmasından sonra onun üzündə və başındakı cırmaq izləri diqqət çəkib.
Zədələrlə bağlı jurnalistin “Yaralarınız var. Nə olub?” sualına Qvardiola gülərək belə cavab verib: “Dırnaqlarımla cırmışam.
Özümə zərər vermək istəyirəm”. Xatırladaq ki, 6 qolun vurulduğu görüşdə 3-3 hesablı heç-heçə qeydə alınıb.
Onu da bildirək ki, bu qarşılaşmayadək “Mançester Siti” bütün yarışlarda beş oyun ardıcıl məğlubiyyətə uğrayıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.