Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir. “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola özünə xəsarət yetirib.
“Qafqazinfo” xəbər verir ki, UEFA Çempionlar Liqasının 5-ci turu çərçivəsində keçirilən “Mançester Siti” – “Feyenord” qarşılaşmasından sonra onun üzündə və başındakı cırmaq izləri diqqət çəkib.
Zədələrlə bağlı jurnalistin “Yaralarınız var. Nə olub?” sualına Qvardiola gülərək belə cavab verib: “Dırnaqlarımla cırmışam.
Özümə zərər vermək istəyirəm”. Xatırladaq ki, 6 qolun vurulduğu görüşdə 3-3 hesablı heç-heçə qeydə alınıb.
Onu da bildirək ki, bu qarşılaşmayadək “Mançester Siti” bütün yarışlarda beş oyun ardıcıl məğlubiyyətə uğrayıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.