Qvardiola özünü cırmaqladı FOTO

27.11.2024

Publika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola özünə xəsarət yetirib.

Publika.az xəbər verir ki, UEFA Çempionlar Liqasının 5-ci turu çərçivəsində keçirilən “Mançester Siti” – “Feyenord” qarşılaşmasından sonra İngiltərə klubunun baş məşqçisi Qvardiola özünə zərər yetirib. Belə ki, o, oyun sonu müsahibə verərkən üzündə və başındakı cırmaq izləri ilə diqqət çəkib. Jurnalistin “Yaralarınız var. Nə olub?” sualına “Dırnaqlarımla cırmışam. Özümə zərər vermək istəyirəm.” cavabını verib

Qeyd edək ki, 6 qolun vurulduğu görüşdə 3-3 hesablı heç-heçə qeydə alınıb.

Fotonu təqdim edirik:

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью