Icma.az, Apasport portalına istinadən məlumat yayır.
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola UEFA Çempionlar Liqasında “Qalatasaray”la keçiriləcək oyunda komandaya kömək edə bilməyəcək futbolçuların siyahısını açıqlayıb.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, siyahının uzun olduğunu söyləyib:
“Bilirəm ki, Mark Quehi, Antuan Semenyo, Rodri oynaya bilməyəcək. Niko Qonsales, Savio, Con Stounz hazır olmayacaq. Siyahı uzundur. Ümid edirəm ki, azarkeşlərimiz ilk səkkizlikdə olmadığımızı bilərək, bizə ora çatmaq üçün güc verəcəklər”.
“Mançester Siti” və “Qalatasaray” arasında Çempionlar Liqasının liqa mərhələsinin son turunun oyunu yanvarın 28-də keçiriləcək.
"Çelsi"nin futbolçusu 33 illik rekordu təkrarlayıb "Yunayted"in oyunçusu bunu bacaran ikinci futbolçu olub Ramos "Sevilya" ilə anlaşıb: Bu dəfə meydan kənarında Sabiq “Çelsi”li Qazaxıstan klubunda - RƏSMİ Kolumbiyalı vinger “Qalatasaray”da - RƏSMİ