Qvardiola qərarını verdi

10.12.2024

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola gələcəyi ilə bağlı qərarını verib. 

QOL.az xəbər verir ki, o, bloger Dani Qarsiyaya açıqlamasına hazırkı komandasının son klubu olacağını bildirib: 

"Mən heç bir klubu çalışdırmayacağam. Uzun gələcək haqda danışmıram. Amma "Mançester Siti"ni tərk etdikdən sonra digər ölkəyə gedib, eyni şeyləri etməyəcəyəm. Bunu əminliklə deyə bilərəm. Mənim enerjim olmaz! Yenidən haradasa başlamaq, bütün məşq prosesləri... Yox. 

Bəlkə, milli komandanı çalışdıraram. Amma bu, başqa mövzudur". 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью