Qvardiola Siti nin problemlərini AÇIQLADI

25.01.2025

Lent az saytına istinadən Icma.az xəbər verir.

"Mançester Siti"nin baş məşqçisi Xose Qvardiola futbolçularının oyunlardakı problemlərindən danışıb.

Lent.az-ın məlumatına görə, o, rəqiblərin fiziki cəhətdən “Mançester Siti”dən güclü olduğunu deyib:

“Rəqiblərimiz fiziki cəhətdən bizdən güclüdür. “Briyton”, “Bournemouth” - bütün komandalar fiziki cəhətdən bizdən üstündür. Müxtəlif səbəblərdən ən sərt, ən sürətli və ən güclü oyunçularla yollarımız ayrıldığı üçün topla oynamaqda əvvəlki səviyyəyə qayıtmalıyıq”.

“Mançester Siti” İngiltərə Premyer Liqasının turnir cədvəlində beşinci yerdədir. Komanda 22 oyunda 38 xal toplayıb. Növbəti oyun bu gün “Çelsi” ilə baş tutacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью