Icma.az, Publika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Mançester Siti" "Bayern"in almaniyalı vingeri Leroy Sane ilə maraqlanır. Publika.az xəbər verir ki, bu barədə "Fichajes.net" məlumat yayıb.
Mənbənin sözlərinə görə, 28 yaşlı futbolçunun transferi "şəhərlilər"in baş məşqçisi Pep Qvardiolanın şəxsi tələbidir.
Xatırladaq ki, Leroy Sane artıq 2016-2020-ci illərdə "Mançester Siti"də çıxış edib.
O, klubda 135 oyun keçirib, 39 qol vurub və 43 məhsuldar ötürmə edib.
Heybət Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.