Qvardiola “Siti”ni tərk edir? Başqa məşqçiyə yol verəcəm

30.11.2024

Icma.az, Publika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandadakı vəziyyətindən danışıb.

Publika.az xəbər verir ki. o, çətin dövrdə klubdan ayrılmaq fikrində olmadığını vurğulayıb.

“Qalmaq istəyirəm! Vəziyyəti düzəltmək istəyirəm. Amma kluba xeyir gətirmədiyimi hiss edən kimi, başqa məşqçiyə yol verəcəm.

İşləri düzəltməyə cəhd etmək istəyirəm. Mən qaçmaq istəmirəm. Klubda qalmaq və komandanı bir çox aspektlərdə yenidən qurmaq istəyirəm.

Mən nəyə nail olmaq istədiyimi bilirəm. Bizə nə lazım olduğunu bilirəm. Əvvəlki sabitliyi bərpa etmək üçün nə etməli olduğumuzu bilirəm”.

Qeyd edək ki, “Siti” bütün yarışlarda ardıcıl 5 matçda məğlub olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью