Qvardiola üçün antirekord

25.11.2024

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

Xosep Qvardiola karyerasında ilk dəfə ardıcıl beş matçda məğlub olub.

Apasport.az xəbər verir ki, “Mançester Siti” İngiltərə çempionatının 12-ci turunun ev oyununda “Tottenhem”ə uduzub (0:4) və bununla da məğlubiyyət seriyasını 5 oyuna çatdırıb.

Bundan əvvəl Xosep Qvardiolanın rəhbərlik etdiyi kollektiv Premyer Liqada "Brayton" (1:2) və "Bornmut"a (1:2), Çempionlar Liqasında "Sportinq"ə (1:4), İngiltərə Liqa Kubokunda isə "Tottenhem"ə (1:2) uduzmuşdu.

Beləliklə, 53 yaşlı Qvardiola 17 illik karyerasında ilk dəfə ardıcıl 5 matçda məğlub olub.

“Beşiktaş” evdə məğlub olub “Qalatasaray” mərakeşli ilə yollarını ayıracaq “Mançester Siti” uruqvaylı futbolçunu izləyir "Qarabağ"ın rəqibindən qələbə Sudamerikana Kubokunun qalibi bilindi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью