Qvardiola uğursuzluğun səbəbini açıqladı

24.11.2024

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının 12-ci turunda "Tottenhem"lə oyundakı (0:4) məğlubiyyətdən danışıb.

"Ölkə.az" xəbər verir ki, məşqçinin sözlərini BBC çatdırıb.

"Biz bu matçı taktikaya görə yox, psixologiyaya görə uduzduq. Biz əsas məqamlara yanlış reaksiya verdik", - deyə Qvardiola bildirib.

Xatırladaq ki, "Mançester Siti" son 5 oyunun hamısında uduzub. Bu, 18 ildə ilk belə hadisədir.

Hazırda Qvardiolanın yetirmələri 23 xalla Premyer Liqanın turnir cədvəlində ikinci pillədə qərarlaşıblar. "Çelsi" 22 xalla üçüncüdür. Turnir cədvəlinə "Liverpul" (28 xal) başçılıq edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью