Qvardiola Vinisiusu Siti də görmək istəyir

16.11.2025

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Pep Qvardiola Vinisius Juniorun "Mançester Siti"yə transferi ideyasını klubun texniki heyətinə təqdim edib.

Fanat.Az xəbər verir ki, ispaniyalı mütəxəssis braziliyalı ulduzu ideal hücum sistemi üçün əsas üzvlərdən biri kimi görür.

"Defensa Central" yazır ki, Qvardiola bu transferin mümkünlüyünü araşdırmaq üçün rəhbərliklə görüşmək niyyətindədir.

Vinisius hazırda "Real Madrid"in ən dəyərli oyunçularından biri olsa da, rəhbərlik sərhədləri zorlayan bir təkliflə prosesi dəyərləndirməyi düşünə bilər.

Transfer reallaşacağı halda, bu, Avropa futbolunun son illərdəki ən böyük keçidlərindən biri olacaq.

Vinisius bu mövsüm "kral klubu"nun heyətində 16 matçda 5 qol və 4 asistlə yadda qalıb.

Kamil Xudiyev

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью