Qvardiola Xusanovla bağlı problemdən danışdı

24.01.2025

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola yeni transferləri haqda danışıb. 

QOL.az xəbər verir ki, mütəxəssis bu barədə İngiltərə Premyer Liqası çərçivəsində keçiriləcək "Çelsi" ilə matçdan öncə təşkil olunan mətbuat konfransında deyib: 

"Vitor Reys gəncdir. O, parlaq şəxsiyyətə malikdir, amma ona vaxt lazımdır. Abdukodir Xusanov artıq komandaya öyrəşib, çünki o, Fransa liqasında oynayıb və orada möhkəm, sürətli futbolçularla qarşılaşıb. Amma o, nə ingilis, nə fransız dilində yaxşı danışır. Ona görə onunla ünsiyyət məsələsi üçün həll yolunu tapmalıyıq. 

Ömər Marmuş? O, tez uyğunlaşır". 

Qeyd edək ki, "Mançester Siti" - "Çelsi" matçı sabah, Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. "Şəhərlilər" hazırda 38 xalla 5-ci yerdədirlər. "Zadəganlar" isə 40 xalla 4-cüdürlər. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью