Qvardiola yubiley oyununda özündən Amerika kəşf edib uduzdu

26.11.2025

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Çempionlar Liqasında 5-ci turun əsas sürprizi Mançesterdə qeydə alındı.
"Football-plus.az" xəbər verir ki, Xosep Qvardiola heç bir ciddi səbəb olmadan ''Bayer-04'' ilə ev oyununda güclü rotasiyadan istifadə edərək meydana faktiki olaraq ikinci heyəti buraxdı.
Bu qərar ''şəhərlilər''ə baha başa gəldi və komanda hər hissədə bir qol buraxaraq 0:2 hesabı ilə məğlub oldu. Fasilədə edilən üçlü əvəzetməyə və Holannın 65-ci dəqiqədə meydana çıxmasına baxmayaraq ''Siti'' heç qol da vura bilmədi.
Mançester təmsilçisinin ÇL-in qrup/liqa mərhələsində evdə 23 oyunluq məğlubiyyətsiz seriyası başa çatdı (20 qələbə, 3 məğlubiyyət). Son məğlubiyyət 2018-də ''Lion''la oyunda qeydə alınmışdı (1:2). ''Siti'' adətən Almaniya klublarına qarşı uğurlu oynayırdı. Buna qədər bu ölkənin təmsilçilərinə qarşı 24 qarşılaşmada cəmi 1 məğlubiyyət qeydə alınmışdı.
Ən əsası bu, Qvardiolanın ''Siti''nin başında ÇL-də yubiley - 100-cü oyunu idi. Komanda bu 100 qarşılaşmadan 62 qələbə, 18 heç-heçə, 20 məğlubiyyətlə ayrılıb. ÇL-də İngiltərə klubunun başında bundan daha çox oyunu yalnız ser Aleks Ferqyuson (''Mançester Yunayted'', 190) və Arsen Venger (''Arsenal'' 177) keçirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью