Qvardioladan 40 milyonluq həmlə ƏTRAFLI

09.02.2026

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İngiltərə çempionu "Mançester Siti" heyətini gücləndirmək üçün "Everton"un beyni sayılan Kirnan Dyusberi-Hollu hədəfə alıb.

Fanat.Az xəbər verir ki, "şəhərlilər" 27 yaşlı yarımmüdafiəçi üçün təxminən 40 milyon funt-sterlinq xərcləməyə hazırdır.

İspaniyalı mütəxəssis Xosep Qvardiolanın xüsusi rəğbət bəslədiyi futbolçu üçün maraq "Fichajes" nəşrinin yaydığı məlumatla yenidən gündəmə gəlib.

Cari mövsümdə hər matçda orta hesabla 2.1 "açar ötürmə" ilə fərqlənən ingilis oyunçu, yaradıcılığı və yüksək qaçış məsafəsi ilə diqqət çəkir. Keçən mövsüm "Lester" forması ilə 12 qol və 14 məhsuldar ötürmə edərək karyera rekordu qıran futbolçu, Rodri və De Bruyne kimi ulduzların əsas alternativi kimi düşünülür. Qvardiolanın topa nəzarət sisteminə tam uyğun gələn

Dyusberi-Hollun transferinin yaxın müddətdə rəsmiləşə biləcəyi gözlənilir.

Kamil Xudiyev

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью