Qvardioladan acı etiraf: Peşmanam, onun satılması səhv idi

24.01.2025

Icma.az, Publika.az saytına istinadən bildirir.

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola 2024-cü ilin yayında həyata keçirilən transferdən təəssüflənir.

Publika.az xəbər verir ki, “Fichajes”in məlumatına görə, Qvardiola “şəhərlilər”in 2024-cü ilin yayında “Atletiko”ya satdığı argentinalı hücumçu Julian Alvaresin oyununu böyük məmnuniyyətlə izləyir. Xosep indi etiraf edir ki, Alvares “Siti”nin performansına böyük təsir edib və onun satılması böyük səhv olub.

Alvares bu mövsüm klub səviyyəsində 31 oyun keçirib, 16 qol vurub və 2 məhsuldar ötürmə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью