Qvardioladan açıqlama: Klub çalışdırmayacam İdman və Biz

10.12.2024

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola gələcəyi ilə bağlı açıqlama yayıb.

İdman.biz xəbər verir ki, ispaniyalı mütəxəssis bir daha klub çalışdırmayacağını deyib.

Pep bildirib ki, milli komanda ilə bağlı variantı təkzib etməyib: "Başqa kluba başçılıq etmək istəmirəm. Uzun meddətli gələcəklə bağlı danışmaq istəmirəm. Hazırda "Mançester Siti"ni tərk etdikdən sonra başqa ölkədə eyni işi təkrarlamaq niyyətində deyiləm. Mənim buna gücüm çatmazdı... Yenidən başlamaq, bütün məşq prosesi və s. Yox, yox, yox. Ola bilər yığma variantı yaransın, bu başqa məsələ".

Qeyd edək ki, Qvardiola az əvvəl mövsümün sonunda müqaviləsini 1+1 müddətinə artırıb.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью