Qvardioladan keçmiş klubu barəsində “Cəza alsalar da...”

30.09.2026

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Mançester Siti”nin keçmiş baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasında (EPL) klubun 115 maliyyə “fair-play” pozuntusu ilə bağlı işinə baxılmasının onun kluba olan münasibətinə heç bir təsir göstərməyəcəyini bildirib.

“Qafqazinfo” xəbər verir ki, təcrübəli mütəxəssis bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Qvardiola hətta “şəhərlilər” cəzalandırılsalar belə, qəlbinin həmişə klubla qalacağını vurğulayıb:

“Bütün dünyadakı “Mançester Siti” azarkeşlərinin bilməsini istəyirəm ki, mən buradayam. Əvvəlki hər zamankından daha çox. Mən həmişə klubumun, sahibimin, idarə heyəti sədrinin, oyunçularımın, heyətimin və siz – unikal azarkeşlərimizin tərəfində olmuşam, varam və olacağam. Tamamilə aydın demək istəyirəm: biz bunun öhdəsindən birlikdə gələcəyik”.

Xatırladaq ki, sentyabrın 25-də mətbuatda “Mançester Siti”nin 115 qayda pozuntusunun hamısında təqsirli bilindiyi barədə məlumatlar yayılıb. EPL kluba qarşı 2009/2010 və 2017/2018 mövsümləri arasındakı dövrü əhatə edən ittihamlar irəli sürüb. Səs-küylü məsələlərdən biri də klubun UEFA qaydalarından kənar Əbu-Dabidən anonim şəxsdən iki dəfə 15 milyon funt-sterlinq ödəniş alması iddiasıdır.

Ağır maliyyə pozuntularına görə “Mançester Siti”nin Premyer Liqadan kənarlaşdırılması (aşağı liqaya düşürülməsi) ehtimalı yüksək qiymətləndirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью