futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “Liverpul”u Premyer Liqadakı çempionluq münasibətilə təbrik edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis bununla bağlı “Sky Sport”a açıqlamasında deyib:
“Liverpul”u təbrik edirəm. Onlar buna layiqdir, şübhəm yoxdur. Möhtəşəm komandadırlar. Ümid edirəm ki, gələn mövsüm biz də sona kimi çempionluq üçün mübarizə apara biləcəyik”.
“Liverpul” 34-cü turda “Tottenhem”ə qalib gəlməklə (5:1) sona 4 tur qalmış çempionluğu rəsmiləşdirib.