Qvardioladan Milad gecəsində sərt qərar: Futbolçulara görün nəyi qadağan etdi

26.12.2024

Icma.az bildirir, Publika.az portalına istinadən.

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqanın 18-ci turunun “Everton”la oyunu öncəsi komandanın futbolçularını məşq bazasında gecələməyə məcbur edib.

Publika.az xəbər verir ki, bu barədə “The Mirror” məlumat yayıb.

Qeyd olunur ki, ispan mütəxəssis bu tədbiri bu gün günorta (26 dekabr) baş tutacaq oyundan əvvəl futbolçuların tonusunu qorumaq üçün atıb. Adətən Milad gecəsində futbolçular ailələrinin yanında olurlar. Lakin Qvardiola son 12 matçda 9 məğlubiyyətlə üzləşən komandanın uğursuz seriyasını qırmaq istəyir.

Qeyd edək ki, “Mançester Siti” bu gün “Everton”u qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.

Heybət

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью