Qvardioladan müqavilə ilə bağlı etiraf

22.11.2024

Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Mançester Siti" ilə iki illik müqavilə imzalayan Pep Qvardiola yeni müqaviləsi ilə bağlı açıqlamalar verib.

Metbuat.az xəbər verir ki, təcrübəli baş məşqçi komandada qalmasının əsas səbəbini klub rəhbərliyinin və azarkeşlərin bunu istəməsi olduğunu bildirib.

İki saat ərzində müqavilə ilə bağlı razılığa gəldiklərini vurğulayan məşqçi 2 illik uzadılmanın səbəbini belə izah edib: “Gələn ilin payızında yenidən “Bu, Pepin son mövsümüdür, yenidən müqavilə uzadacaqmı?” kimi söhbətlərin başlamasını istəmirdim. Əsas səbəb məhz bu idi”.

Əldə etdiyi uğurlar ilə "Siti"də qalmağa layiq olduğunu qeyd edən Guardiola əlavə edib: “Son illərdə əldə etdiklərimizlə burada qalmağı və müqaviləni uzatmağa layiqik. Əksər komandalar müxtəlif turnirlərdə dörd dəfə ardıcıl məğlub ola bilər, amma yalnız bir komanda Premyer Liqanı dörd dəfə ardıcıl qazana bilib!”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью