Qvardioladan tənqidlərə cavab

08.02.2025

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola çoxsaylı xərclərlə bağlı suallara cavab verib. 

QOL.az "City Xtra" nəşrinə istinadən xəbər verir ki, o deyib: 

"Son beş ildə edilən xərclər baxımından biz TOP altı klub arasında sonuncu yerdəyik. Son 3 ildə isə TOP altı siyahısına ən az düşən klubuq. Bu transfer pəncərəsində etdiyimiz xərclərlə belə biz "Çelsi" "Mançester Yunayted", "Arsenal", "Tottenhem" və hətta "Liverpul" kimi klubların xərclərindən uzaqıq. Çünki biz son mövsümlərdə çoxlu futbolçular da satmışıq. Yekunda hər klub istədiyini edə bilər, düz deyilmi? Biz xərcləyə biliriksə, deməli pulumuz var. Son 5-3 ildə bizim çoxlu qazanclarımız oldu". 

Qeyd edək ki, "Mançester Siti" qış transfer pəncərəsində 4 transfer üçün 212 milyon avro xərcləyib. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью