Qvardiolanı kim əvəz edəcək?

19.05.2026

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qvardiolanı kim əvəz edəcək?

“Çelsi”nin sabiq baş məşqçisi Entso Mareska “Mançester Siti”də işləyə bilər.

QOL.az xəbər verir ki, tanınmış insayder Fabrizio Romanonun məlumatına görə, italiyalı mütəxəssis Xosep Qvardiolanın komandadan ayrılacağı halda Mançester təmsilçisinin baş məşqçi vəzifəsinə əsas və faktiki olaraq yeganə namizəddir.

Bildirilir ki, vəziyyətin necə inkişaf edəcəyi Qvardiolanın qərarından asılıdır. İspaniyalı mütəxəssis gələcəyi ilə bağlı yekun qərar verməlidir.

Bu ilin yanvarında “Çelsi”dən ayrılan Mareska hazırda gözləmə mövqeyindədir. O, daha əvvəl “Mançester Siti”də Qvardiolanın məşqçilər korpusunda da çalışıb.

Qeyd edək ki, dünən bir neçə mənbə Qvardiolanın mövsümün sonunda komandadan ayrılacağını yazıb. Təcrübəli mütəxəssis isə bu xəbərləri şərh etməkdən imtina edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью