Qvardiolanın köməkçisi bu klubun baş məşqçisi oldu

29.05.2025

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

"Mançester Siti" baş məşqçisi Xosep Qvardiolanın köməkçisi Karlos Visenslə yollarını ayırıb.

QOL.az xəbər verir ki, mütəxəssis Portuqaliya "Braqa"sına rəhbərlik edəcək.

Bu barədə "Braqa"nın mətbuat xidməti məlumat yayıb. Onunla 3 illik müqavilə imzalanıb.

Visens 238 matçda "şəhərlilər"in baş məşqçisinə köməklik edib. Ümumilikdə, 42 yaşlı ispaniyalı 2017-ci ilin avqustundan "Mançester Siti"də çalışırdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью