Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Arsenal"ın əfsanəvi futbolçusu Tyerri Anri "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola ilə bağlı maraqlı açıqlaması ilə diqqət çəkib.
Fanat.Az xəbər verir ki, 47 yaşlı əfsanəvi fransalının dediklərini "Goal" belə təqdim edib: "Mançester Siti" və Peplə bağlı baş verənlərə görə təəssüflənirəm.
Pepin futboldan kənar işlərlə məşğul olması asan deyil. "Barselona"da oynayanda buna şahid olmuşam.
O, zehnini futboldankənar problemlərlə yormağı xoşlamırdı. Hazırki Pep onun ən yaxşı versiyası deyil. Onu başa düşmək lazımdır.
Futbol sahəsindəki işlərə qayıtsaq, komandada vəziyyət yaxşı deyil.
Pepin ailə daxili müəyyən psixoloji problemləri komandanın oyununda da özünü göstərir.
Əks halda, onlarla doxsan dəqiqə oynamaq, Pepin komandasına meydan oxumaq mümkünsüzdür".