Qvardiolanın yubileyi uğurlu alındı, amma o, bədbin danışdı

30.12.2024

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Premyer-liqanın 19-cu turunda ''Mançester Siti'' ''Lester''in qonağı oldu.

Son iki ayda inanılmaz eniş yaşayan ''Siti'' Xosep Qvardiolanın yubileyini korlamadı. ''Şəhərlilər'' Savinyo və Holannın qolları ilə 2:0 hesablı qələbə qazandılar. Komanda 5 oyunluq qələbəsiz seriyanı bitirərək son 14-cü rəsmi oyunda cəmi 2-ci qələbəsini əldə etdi. Bu, Qvardiolanın ''Siti''nin başında 500-cü rəsmi oyunu oldu. O, son 11 ildə bir premyer-liqa klubunun başında 500 oyuna çıxan ilk mütəxəssis oldu.
Sonuncu dəfə bunu 2013-də ''Everton''un başına Devid Moyes bacarmışdı. Bu, ''Siti'' tarixində ikinci göstəricidi. Yalnız 1950-63-cü illərdə çalışmış Les Makdovall ''Siti''nin başında ispaniyalı mütəxəssisdən daha çox (593) oyuna çıxıb. Onu da bildirək ki, ''Siti'' Qvardiolanın başçılığı altında indiyə qədər premyer-liqada keçirdiyi 323 oyunda hamıdan çox - 747 xal toplayıb. Bu müddət ərzində 2-ci pillədəki ''Liverpul'' (322 oyuna) 702 xal, 3-cü pillədəki ''Arsenal'' (322 oyuna) 603 xal toplayıb. Qvardiolanın dönəmində, yəni 2016/17-dən bu yana ''Siti'' ''böyük beşlik''də rəsmi matçlarda ən çox (355) qələbə qazanan komandadı. Bu göstəricidə ikinci pillədə PSJ (319) qərarlaşıb. Amma Qvardiola ''Lester''lə oyundan sonra artıq premyer-liqada çempionluq şanslarının qalmadığını etiraf etdi.
O, mövsümün qalan hissəsində ölkə kuboku və ÇL-ə vəsiqə uğrunda mübarizə aparacaqlarını qeyd edib. Komanda hazırda 31 xalla 5-ci pillədədi və lider ''Liverpul''dan 14 xal geridədi! Özü də nəzərə alaq ki, ''qırmızılar'' bir oyun az keçiriblər.
ƏLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью