Qvardiolaya yubiley hədiyyəsi 500cü matçda İdman və Biz

29.12.2024

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xosep Qvardiola "Mançester Siti"də yubiley oyununu keçirib.

İdman.biz xəbər verir ki, ispaniyalı mütəxəssis "şəhərlilər"i 500-ci dəfə meydana çıxarıb.

Uğursuzluq zolağına olan komanda baş məşqçinin yubiley matçında qələbə qazanıb. "Mançester Siti" İngiltərə Premyer Liqasının 19-cu turun açılış oyununda "Lester"i məğlub edib. Görüş 2:0 hesabı ilə başa çatıb.

Qeyd edək ki, Mançester təmsilçisində 8-ci mövsümü keçirən ispaniyalı komandaya 18 titul qazandırıb.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью