Qvineya dəmir filizinin ixracına başlayıb

12.11.2025

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qahirə, 12 noyabr, AZƏRTAC

Qvineya dünyada ən böyük dəmir filizi ehtiyatlarına malik olan “Simandu” layihəsi çərçivəsində xammal ixracına start verib. Layihənin dəyəri 20 milyard dollardan çoxdur.

AZƏRTAC “Bloomberg-şərq” agentliyinə istinadla xəbər verir ki, layihə çərçivəsində xammalın Atlantik okeanı sahilində yerləşən iki liman vasitəsilə ixracı planlaşdırılır.

Qvineya Prezidenti Adminstrasiyasının sözçüsü Diba Diyakiti bildirib ki, Simandudakı dəmir ehtiyatları Qvineya üçün Körfəz ölkələrindən ötrü neftin oynadığı rolu oynamalıdır.

Dəmir mədənləri ölkənin cənub-şərqində yerləşir və layihəni Çin şirkətləri idarə edir.

Qeyd olunur ki, istehsalın 2026-cı ildə 40 milyon ton, 2027-ci ildə isə 80 - 120 milyon ton arasında olması gözlənilir.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью