QvineyaBisau Respublikasının Prezidenti Umaru Sisoku Embalodan AZƏRTAC

26.12.2024

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin dekabrın

25-də çoxsaylı insanın faciəli şəkildə həlak olması ilə nəticələnən qəzaya uğraması xəbərini dərin kədər hissi ilə qarşıladım.

Bu matəm günündə Zati-alinizə və Azərbaycan xalqına Qvineya-Bisau xalqının adından və öz adımdan dərin hüznlə başsağlığı verirəm.

Zati-aliləri, əziz Qardaşım, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Umaru Sisoku Embalo

Qvineya-Bisau Respublikasının Prezidenti

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью