Qvineyada futbol matçında dava : Onlarla insan ölüb

02.12.2024

Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

Bu barədə “Frans Press” agentliyi məlumat yayıb. Hadisə Nzerekore şəhərində “Nzerekore” və “Labe” komandaları arasında baş tutan final matçı zamanı baş verib. Məlumata görə, azarkeşlərin mübahisəli hesab etdiyi yerli komandanın qapısına penalti təyin edilib. Bundan sonra tamaşaçılar meydançaya qaçaraq daş atmağa başlayıblar ki, bu da qarşıdurmaya səbəb olub.
Qvineya Baş Naziri Amadu Uri Ba bildirib ki, izdiham nəticəsində onlarla insan ölüb: “Regional hakimiyyət əhali arasında sakitliyi bərpa etmək üçün əlindən gələni edir. Hökumət vəziyyəti izləyir və qurbanlara ilk tibbi yardım göstərən xəstəxana xidmətlərinə mane olmamaq üçün sakitliyə çağırışını təkrarlayır”.
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью