Qvineyada hökumət istefaya göndərildi

23.01.2026

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qvineya Respublikasının Prezidenti Mamadi Dumbuyanın fərmanı ilə keçid dövrü Baş naziri Amadu Uri Banın rəhbərlik etdiyi Qvineya hökuməti istefaya göndərilib.

Bakıvaxtı.az xəbər verir ki, dövlət başçısı nazirliklərin baş katiblərinə yeni hökumət təyin olunana qədər öz qurumlarının cari işlərini icra etməyə davam etmələri barədə göstəriş verib. Yeni Nazirlər Kabinetinin rəhbərinin adı və hökumətin tərkibinin yaxın günlərdə açıqlanacağı gözlənilir.

Hökumətin istefası Dumbuyanın Qvineya Prezidenti vəzifəsinin icrasına başlamasından təxminən bir həftə sonra baş verib. O, 28 dekabr 2025-ci ildə ölkədə keçirilmiş seçkilərdə qalib gəlib. Qvineya Prezidentinin mandat müddəti yeddi ildir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью