Qvineyada stadionda izdiham zamanı 50 nəfər ölüb

02.12.2024

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Ötən gün Qvineyadakı stadionda yaşanmış izdihamda 50-yə yaxın adamın öldüyü ehtimal olunur.

APA xəbər verir ki, bu barədə “Reuters”ə yerli rəsmilər məlumat verib.

Bildirilib ki, bazar günü Cənub-Şərqi Qvineyanın Nzerekore şəhərində keçirilən futbol matçı zamanı azarkeşlər arasında qarşıdurma olub. Bundan sonra yaranmış izdihamda təxminən 50 nəfər həyatını itirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью