Qyökereş uğrunda mübarizədə bu klub şanslıdır

26.11.2024

Icma.az, Sportal.az portalına istinadən məlumat verir.

Avropanın nəhəng klublarının transfer siyahısından olan "Sportinq"in hücumçusu Viktor Qyökereşə daha bir "müştəri" çıxıb.

Sportal.az xəbər verir ki, "Çelsi" isveçli futbolçunu transfer etmək istəyir. Bu barədə "Record" nəşri məlumat yayıb.

London klubunun transfer yarışında daha şansı olduğu bildirilir.

"Çelsi" yanvar ayında Qyökereş üçün "Sportinq"ə 85 milyon avro ödəməyə hazırdır. "Mavilər"  26 yaşlı forvartdı qışda transfer edib onu mövsümün sonuna kimi hazırkı klubuna icarəyə verməyi planlaşdırır.

Qeyd edək ki, "Sportinq" Viktor Qyökereşi ötən ilin yayında İngiltərənin "Koventri" klubundan transfer edib. İsveç millisinin üzvü bu mövsüm Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 19 rəsmi matçda 24 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью