Rabitəbank açıq tender elan edir! | Icma.az
Icma.az, Unikal.az portalına istinadən məlumat yayır. "Rabitəbank" ASC açıq tender elan edir!
Tenderin adı:“Dell Vxrail nodeların texniki dəstək vaxtının 1 illik uzadılması” Tenderin elan tarixi: 21.02.2025 Tenderin son tarixi: 26.02.2025, saat 13:00.
Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək: - İştirakçı şirkətin bu sahədə təcrübəsi və xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi (referanslar) - İşin icra müddəti qeyd edilməlidir Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər: - Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli - Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri – Lazım olduğu təqdirdə istək olunacaq - Qiymət təklifi (Azərbaycan manatı və ƏDV ilə qeyd olunmalı) - Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd – Lazım olduğu təqdirdə istək olunacaq -Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır.
Təkliflər imzalanmış və möhürlənmiş halda qapalı zərfdə (Bakı şəh., AZ 1010, 28 May küç. 33) ünvanına göndərilməlidir.
Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər [email protected] elektron ünvanına müraciət edə bilərlər.
Tenderin tələbləri, şərtləri haqqında ətraflı məlumatı linkə keçid edərək əldə etmək olar: https://rbt.az/tndr-3 Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu