Rabitəbank açıq tender elan edir!

04.03.2025

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Rabitəbank" ASC açıq tender elan edir!

Tenderin adı: Quba filialının mikro kredit ofisinin təmir işləri

Tenderin elan tarixi: 04.03.2025

Tenderin son tarixi: 12.03.2025, saat 12:00.

Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:

İştirakçı şirkətin bu sahədə təcrübəsi (ixtisas uyğunluğu) 

Xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi referanslar (referanslar və tövsiyyə məktubları zərfə əlavə olunsun)

Zəmanət müddəti və texniki dəstək şərtlərinin uyğunluğu

İşin icra müddəti qeyd edilməsi mütləqdir

Tələblərə uyğun olan ən aşağı qiymətin verilməsi (Qiymət vergi daxil göstərilməlidir, ƏDV və ya sadələşdirilmiş vergi olmasından asılı olmayaraq)

Tenderdə iştirak etmək üçün tələb olunan sənədlər:

Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli və lisenziyası

Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri

Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)

Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd

 Material, avadanlıqların markası, modeli, istehsalçı ölkəsi təklifdə qeyd olunsun.

Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər imzalanmış və möhürlənmiş  halda qapalı zərfdə yuxarıda qeyd edilən müddətədək (Bakı şəh., AZ 1010, 28 May küç. 33) ünvanına  göndərilməlidir.

Tenderin texniki şərtləri, hal-hazırkı şəkilləri, materiallar haqqında məlumatı linkə https://rbt.az/tndr23 keçid edərək əldə edə bilərsiniz. Əlavə suallarınız yaranarsa, [email protected][email protected] elektron poçt ünvanlarına yaza və ya +99451 271-48-48 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью