Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dekabrın 19-da "Rabitəbank" ASC, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) xətti ilə verilən ilk kreditin müqaviləsini "Alizadeh" MMC ilə imzalayıb.
Bu mühüm addım, həm Azərbaycanda kiçik və orta bizneslərin (KOB) ticarət maliyyələşdirmə ehtiyaclarını qarşılamaq, həm də İslam qaydalarına uyğun maliyyə həllərinin inkişafına dəstək olmaq məqsədini daşıyıb.
Müqavilənin imzalanması "Rabitəbank"ın İdarə Heyətinin sədrinin 1-ci müavini Orhan Gültekinin, həmçinin "Alizadeh" MMC-nin direktoru Kazım Mustafazadənin iştirakı ilə baş tutub.
Tədbirdə çıxış edən Orhan Gültekin qeyd edib: “Bu kredit müqaviləsi, yalnız "Rabitəbank"ın fəaliyyətindəki mühüm bir mərhələ deyil, həm də ICD-nin Azərbaycandakı maliyyə xidmətləri bazarını genişləndirmək məqsədinə xidmət edir.
"Rabitəbank" olaraq, ölkəmizin maliyyə sistemində yeni imkanların yaranmasına dəstək olmağı və yerli sahibkarların inkişafını təmin etməyi öz vəzifəmiz hesab edirik”.
"Alizadeh" MMC-nin direktoru Kazım Mustafazadə, öz çıxışında “Rabitəbank" ilə imzalanan bu müqavilənin onların ticarət fəaliyyətlərini və mövqelərini gücləndirəcəyini qeyd edib.
Eyni zamanda o vurğulayıb ki, bu imkan yalnız bizim üçün deyil, həm də ölkə iqtisadiyyatının inkişafı üçün çox önəmlidir”.