“Rabitəbank” tələbləri pozdu

22.09.2026

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Mərkəzi Bankı (AMB) “Rabitəbank” ASC-yə icrası məcburi sərəncam verib.

Bakıvaxtı.az AMB-yə istinadən xəbər verir ki, bank “Kredit təşkilatları, ödəniş təşkilatları və elektron pul təşkilatlarında kassa əməliyyatlarının aparılması, nağd pul və digər qiymətlilərin saxlanması və inkassasiyası Qaydası”nın 3.20-ci bəndinin tələblərinə riayət etməyib.

Odur ki, “Banklar haqqında” Qanunun 47.4-cü maddəsinin tələbləri rəhbər tutularaq, kredit təşkilatına qeyd olunan halların gələcəkdə təkrarlanmaması məqsədilə daxili nəzarət sistemlərinin gücləndirilməsi barədə zəruri tədbirlərin görülməsi ilə bağlı icrası məcburi sərəncam verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью