Icma.az bildirir, Yenisabah portalına istinadən.
2026-cı ilin 2-ci rübünün sonunda bəzi bankların müştərilərə verdiyi kreditlərin həcmində azalma qeydə alınıb.
“Yeni Sabah” bankların maliyyə hesabatlarına əsasən xəbər verir ki, 30 iyun 2026-cı il tarixinə olan göstəricilərin 2025-ci ilin sonu ilə müqayisəsi zamanı 5 bankın kredit portfelinin azaldığı məlum olub.
Ən böyük azalma Rabitəbankda qeydə alınıb. Bankın müştərilərə verdiyi kreditlərin həcmi 904,011 milyon manatdan 365,488 milyon manata düşüb. Beləliklə, kredit portfeli 538,524 milyon manat və ya 59,6% azalıb. Marqarita pizza
Unibankda müştərilərə verilmiş kreditlər 238,050 milyon manatdan 134,525 milyon manata enib. Azalma 103,525 milyon manat və ya 43,5% təşkil edib.
Xalq Bankda kreditlərin həcmi 1 milyard 847,435 milyon manatdan 1 milyard 776,756 milyon manata geriləyib. Bu, 70,680 milyon manat və ya 3,8% azalma deməkdir.
Turanbankda müştərilərə verilmiş kreditlər 706,053 milyon manatdan 699,539 milyon manata düşüb. Azalma 6,514 milyon manat və ya 0,9% təşkil edib.
Yelo Bankda isə kredit portfeli 1 milyard 111,680 milyon manatdan 1 milyard 107,292 milyon manata enib. Bank üzrə azalma 4,388 milyon manat və ya 0,4% olub.
Beləliklə, təqdim olunan göstəricilərə əsasən, 2025-ci ilin sonu ilə müqayisədə 2026-cı ilin 2-ci rübündə ən kəskin azalma Rabitəbank və Unibankda qeydə alınıb.
Cəlalə