“Rabitəbank”ın səhmdarlarından biri bankı tərk edib

27.08.2026

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Rabitəbank” ASC-nin kiçik səhmdarlarından biri bankı tərk edib.

"APA-Economics"in əldə etdiyi məlumata görə, “Bakı Telefon Rabitəsi” MMC bankın səhmdarları sırasından çıxıb.

Şirkət “Rabitəbank”da 2 305 səhmə və ya 0,0462% paya sahib olub.

Dəyişiklikdən sonra bankda hüquqi şəxs olan səhmdarların sayı 7-dən 6-ya, bankın səhmdarlarının ümumi sayı isə 12-dən 11-ə düşüb.

Bununla belə, bankın digər səhmdarlarının sahib olduğu səhmlərin sayında dəyişiklik olmayıb.

Xatırladaq ki, "Rabitəbank" 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır. Bankın səhmlərinin əsas hissəsi, yəni 38,6 %-i Rauf Əliyevə, 34,64 %-i Validə Abbasovaya, 11,48 %-i Zakir Nuriyevə, 9,11 %-i isə Dilarə Nuriyevaya və 6,03 %-i Aslan Xasiyevə aiddir. Digər kiçik səhmdar sırasında isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" və "AzInTelecom" MMC-lər, Dövlət Radiotezliklər İdarəsi və "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi, "Bakı Teleqrafı" ASC və "Bakcell" MMC də yer alıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью