Raca Nainqqolanın yeni klubu bilindi

23.01.2025

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

Belçika millisinin sabiq futbolçusu Raca Nainqqolan karyerasını yenidən Avropada davam etdirəcək.

QOL.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi “Lokeren”ə keçib. Bu barədə Belçika klubunun mətbuat xidməti məlumat yayıb. Nainqqolan ilə müqavilə mövsümün sonuna kimidir. 

"Lokeren" hazırda Belçikanın 2-ci liqasında çıxış edir.

Qeyd edək ki, Racca son olaraq İndoneziyada “Bayanqkara” klubunda çıxış edib. O, daha əvvəl "Roma", "İnter", "Kalyari", "Antverpen" və SPAL-da da oynayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью