Rada: Ukraynada parlament seçkiləri 2026 cı ildə keçirilə bilər

16.09.2025

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Gələn il ölkədə yeni parlament olacaq".

Bakıvaxtı.az "The Kyiv İndependent"ə istinadən xəbər verir ki, bunu  Ali Radanın deputatı Dmitri Çerni deyib.

O, hazırkı Ukrayna parlamentinin səlahiyyət müddətinin başa çatmaq üzrə olduğu və onun tərkibinin 2026-cı ildə yenilənəcəyi barədə fikir bildirib.

"Geri sayım həftələri başladı. Ukrayna parlamentinin yenilənməsi müharibənin dayandırılması məsələsi ilə qarşılıqlıdır. Deputatlar Vladimir Zelenskidən təlimat və göstərişlər gözləyirlər. Rada siyasi çəkişmələr üçün deyil, müstəsna olaraq dövlətin xeyrinə qalan vaxtdan səmərəli və məhsuldar istifadə etməlidir", - Çerni deyib.

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью