Rada Yermakın işdən çıxarılmasını tələb edib

28.11.2025

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ali Radanın deputatı Yaroslav Jeleznyak Ukrayna prezidenti Volodimir Zelenskiyə müraciət edərək, onun aparat rəhbəri Andrey Yermakın istefasını tələb edib. 

Bakıvaxtı.az xəbər verir ki, müvafiq müraciət millət vəkilinin teleqram səhifəsində dərc olunub.

"Cənab prezident, siz öz ofisinizin rəhbəri Yermakı dərhal istefaya göndərməlisiniz. Energetika və müdafiə sektorundakı bütün korrupsiya və rüsvayçı mənimsəmələrdən sonra sizin bu qərarı gecikdirməyə qətiyyən haqqınız yoxdur", - Jeleznyak yazıb.

Aynur Babayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью