Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? VİDEO

06.11.2026

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bir çox sürücü yol kənarında radar gördükdə sürəti azaltmaqla cərimədən yayınmağın mümkün olduğunu düşünür. Lakin “Orta sürətin müəyyən edilməsi” nişanı olan yollarda bu üsul işə yaramır. Çünki belə sistemlər avtomobilin müəyyən nöqtədəki anlıq sürətini deyil, iki və ya daha çox nəzarət məntəqəsi arasındakı orta sürətini hesablayır.

Avtosfer.az xəbər verir ki, sistemin iş prinsipi, kameralar avtomobilin nəzarət zonasına daxil olduğu və həmin zonadan çıxdığı vaxtı qeydə alır. Məlum məsafə və keçid vaxtı əsasında nəqliyyat vasitəsinin orta sürəti müəyyən edilir.

Bu səbəbdən kameraya yaxınlaşarkən əyləci basmaq sürücünü məsuliyyətdən yayındırmır. Avtomobil həmin yol sahəsində müəyyən edilmiş sürət həddini orta hesabla aşıbsa, son anda sürəti azaltmaq nəticəni dəyişmir.

Bəzi sürücülər yolun əvvəlində sürəti artırır, kameraya yaxınlaşdıqda isə əyləclə sürəti aşağı salmağa çalışırlar. Orta sürət ölçən sistemlər məhz bu cür halların qarşısını almağa hesablanıb. Çünki nəzarət zamanı yalnız avtomobilin kameraya yaxınlaşdığı andakı sürəti deyil, bütün ölçmə sahəsini qət etmə müddəti nəzərə alınır.

Qeyd edək ki, belə yollarda təhlükəsiz hərəkət etmək və cərimə riskindən yayınmaq üçün sürücülər bütün yol sahəsi boyunca müəyyən edilmiş sürət həddinə əməl etməlidirlər. Qəfil əyləcləmə və sürətin kəskin dəyişdirilməsi isə əlavə təhlükə yarada bilər.

Beləliklə, orta sürətin ölçüldüyü yollarda radarın yanında əyləci basmaq deyil, hərəkət boyu sürət həddini qorumaq əsas şərtdir.

Eltac Züflüqaroğlu

bax.tvhttps://bax.tv/avto-moto-xeberler/radarin-yaninda-eyleci-basmaq-surucunu-cerimeden-xilas-edirmi-228548

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью