Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.
İliana Yotova Bolqarıstan Prezidenti vəzifəsinin icrasına başlayıb və karyerasını siyasi lider kimi davam etdirmək niyyətində olan keçmiş dövlət başçısı Rumen Radevi təntənəli şəkildə yola salıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, bir neçə yüz insanın qatıldığı mərasim prezident administrasiyası binasının qarşısında baş tutub.
Radev jurnalistlərə bildirib ki, bu gün prezident kimi son günüdür:
"Doqquz il əvvəl bolqarların məni prezident seçərək mənə etimad göstərmələrinə şadam".
Daha əvvəl Bolqarıstanın Konstitusiya Məhkəməsi Radevin dövlət başçısı vəzifəsindən istefasını nəzərdən keçirmiş və təsdiqləmiş, rəsmi olaraq səlahiyyət müddətinə son qoymuşdur. Yotova ölkə tarixində prezidentlik vəzifəsini tutan ilk qadın olub.
19 yanvarda, dövlət başçısı kimi ilk and içməsinin doqquzuncu ildönümündə Radev xalqa müraciət edərək istefa verdiyini və tərəfdarları ilə birlikdə erkən parlament seçkilərində iştirak etmək niyyətində olduğunu elan etdi.
Anar