“Radiasiyanın pasportu yoxdur” Azərbaycan Türkiyə sərhədində etiraz səsləri

26.01.2026

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


Azərbaycan-Türkiyə Həmrəylik və Mədəniyyət Dərnəyinin sədri və Azərbaycan-Türkiyə Dərnəkləri Federasiyasının mətbuat katibi Səfər Qaraqoyunlu Türkiyə-Ermənistan sərhədinin açılması və Metsamor Atom Elektrik Stansiyası (AES) ilə bağlı açıqlama verib.

Bakupost.az Türkiyə mediasına istinadən xəbər verir ki, Səfər Qaraqoyunlu Əlican Sərhəd Keçid məntəqəsinin açılmasını dəstəklədiklərini, lakin Metsamor Atom Elektrik Stansiyasının mövcudluğunu qəbul etməyəcəklərini bildirib.
O, qeyd edib ki, stansiya Azərbaycan sərhədinə 16 kilometr məsafədə, Türkiyənin İğdır vilayətinin yaxınlığında və aktiv zəlzələ zonasında yerləşir. Bu isə yaxın və həyati təhlükəni açıq şəkildə göstərir:
“Əlican Sərhəd Keçid Məntəqəsi sülh və əməkdaşlığın simvolu ola bilər, amma sülh nüvə təhlükəsi görməzdən gəlinərək qurula bilməz. Metsamor Atom Elektrik Stansiyası dərhal və əbədi olaraq bağlanmalıdır. Radiasiyanın pasportu yoxdur”.

“Metsamor Atom Elektrik Stansiyası 1976-cı il texnologiyası ilə inşa edilmiş, 1988-ci il Spitak zəlzələsi zamanı ağır ziyan görmüş bir obyektdir”, – deyən Qaraqoyunlu vəziyyəti elm, ağıl və insanlıqla uzlaşmayan bir risk olaraq qiymətləndirib.
O bildirib ki, AES yalnız Ermənistan üçün deyil, həm də Azərbaycan və bütün Qafqaz üçün ciddi nüvə təhlükəsi yaradır. Mümkün qəzanın nəticələri sərhəd tanımayacaq.
O həmçinin beynəlxalq ictimaiyyəti, ətraf mühit təşkilatlarını və alimləri məsuliyyət götürməyə və bu açıq təhlükəyə qarşı səs yüksəltməyə çağırıb:
“Bu gün atılmayan hər addım, sabah yaşanacaq fəlakətin ortağı olmaq deməkdir”.
Açıqlama “Metsamora yox, zəlzələ bölgəsində atom elektrik stansiyasına yox, ölümlərə yox” mesajları ilə yekunlaşıb.
Cavid, BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью